Menyu

Abdullah Zubirin Səudiyyə Ərəbistanına keçidi baş tutmayıb

Operativ Media
Abdullah Zubirin Səudiyyə Ərəbistanına keçidi baş tutmayıb
1 dəq oxu

"Qarabağ"dan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubuna keçmək istəyən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.

Operativ Media xəbər verir ki, 34 yaşlı vingerin transferi baş tutmayıb. Bu barədə nüfuzlu "L'Equipe" nəşri məlumat yayıb.

Fransalı futbolçunun "Əl-Oruba" ilə müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb klubun maliyyə təminatı ilə bağlı problemi olub.

Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda təcrübəli vinger yeni klubla müqavilə imzalamaqda sərbəstdir.

Xatırladaq ki, Abdullah Zubir 2018-ci ilin iyulundan bu ilin avqustuna qədər "Qarabağ"da çıxış edib. O, "köhlən atlar"ın heyətində ümumilikdə 369 oyunda meydana çıxıb, 79 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər