Menyu

Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş keçirilib

Operativ Media
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş keçirilib

Rusiya Prezidenti Vladimir Putin ilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Prezident To Lam arasında Kremldə geniş tərkibdə görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüş zamanı Putin Rusiya ilə Vyetnam arasında xüsusi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin inkişaf etdiyini bildirib.

Rusiya lideri iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirdiyini vurğulayıb. Kremlin məlumatına görə, tərəflər Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlığının inkişaf perspektivlərini, o cümlədən ticarət və iqtisadi əməkdaşlığı müzakirə edirlər.

To Lam isə ikitərəfli əlaqələrin inkişafına göstərdiyi diqqətə görə Vladimir Putinə və Rusiya xalqına təşəkkür edib.

Qeyd edək ki, Putinlə To Lamın görüşü Vyetnam liderinin Rusiyaya dövlət səfəri çərçivəsində baş tutub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər