Menyu

Hindistan BBC-yə qarşı istintaq başladıb

Hindistan BBC-yə qarşı istintaq başladıb

Hindistan vergidən yayınma iddiası ilə BBC-yə qarşı istintaq başladıb.

“Operativ Media” xəbər verir ki, bununla bağlı Hindistanın maliyyə cinayətləri ilə məşğul olan İcra Müdirliyi (ED) məlumat yayıb.

Bildirilib ki, Britaniyanın BBC telekanalının Hindistan ofisi əldə etdiyi gəlir və mənfəətləri şəffaf şəkildə bildirməməklə vergidən yayınıb.

İstintaq prosesi vergi müfəttişlərinin fevralın 14-də BBC-nin ofisində yoxlama apardıqdan sonra başlayıb.

Teqlər:

"Hindistan BBC-yə qarşı istintaq başladıb"

Əlaqəli Xəbərlər