Menyu

ABŞ Yaponiyanın nüvə sualtı qayıqları planını dəstəkləyib

Operativ Media
ABŞ Yaponiyanın nüvə sualtı qayıqları planını dəstəkləyib

ABŞ Yaponiyanın hərbi-dəniz qüvvələrinin nüvə enerjili sualtı qayıqlarla təchiz olunması ideyasına ümumilikdə müsbət yanaşır.

Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

ABŞ hərbçilərinin fikrincə, Yaponiyanın öz nüvə sualtı qayıqlarını yaratması texnoloji baxımdan mümkündür. Buna səbəb kimi ölkənin inkişaf etmiş nüvə energetikasına malik olması göstərilib. ABŞ Hərbi-Dəniz Qüvvələri hesab edir ki, belə şəraitdə sualtı qayıq üçün uyğun mühərrikin hazırlanması çətin olmayacaq.

“Kyodo” qeyd edir ki, ABŞ son dövrlərdə Sakit okean regionunda döyüş gəmilərinin çatışmazlığı ilə üzləşir.

Yaponiyanın hakim koalisiyasına kiçik tərəfdaş kimi daxil olan “Yaponiya Yenilənmə Cəmiyyəti” partiyası bu ilin iyununda Hərbi-Dəniz Qüvvələrinin nüvə sualtı qayıqları ilə təchiz edilməsinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edib.

Bununla əlaqədar Yaponiya Müdafiə Nazirliyi yeni fiziki prinsiplərə əsaslanan mühərriklərə malik sualtı qayıqların əldə edilməsi məsələsini araşdırmaq niyyətində olduğunu bildirib.

Nazirlik rəsmi şəkildə nüvə sualtı qayıqlarından danışmasa da, bütün variantların nəzərdən keçirildiyini açıqlayıb.

Məlumata görə, Yaponiyada isə bu cür layihələrə skeptik yanaşanlar az deyil. Onlar əsasən bu sualtı qayıqların yüksək maliyyətini və müvafiq kadrların çatışmazlığını əsas gətirirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər