Menyu

Xames Rodriqes Kolumbiya klubuna transfer olub

Operativ Media
Xames Rodriqes Kolumbiya klubuna transfer olub
1 dəq oxu

Kolumbiyanın “Atletiko Nasional” klubu Xames Rodriqeslə müqavilə imzaladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin son klubu ABŞ-nin MLS liqasında çıxış edən “Minnesota” olub. Futbolçu bu komandadan yayda ayrılıb.

Xames 2026-cı ilin fevralından “Minnesota”nın heyətində 8 matç keçirib və 2 məhsuldar ötürmə edib.

Kolumbiyalı futbolçu daha əvvəl Meksikanın “Leon”, “Rayo Valyekano”, “San-Paulu”, “Olimpiakos”, Qətərin “Əl-Rayyan”, “Everton”, “Real Madrid”, “Bavariya”, “Monako”, “Portu”, “Banfield” və “Envigado” klublarında çıxış edib.

Xames Rodriges Kolumbiya millisində 131 oyunda 31 qol vurub.

Əlaqəli Xəbərlər