Litvada PUA həyəcanı səbəbindən aeroport bağlanıb - YENİLƏNİB
Litva quş sürüsünü pilotsuz uçuş aparatları (PUA) zənn edərək NATO qırıcısını havaya qaldırıb və Vilnüs hava limanının işini 40 dəqiqəlik dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə Litvanın Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzindən bildirilib.
"Radarlarda quşlar və dronlar, ilk baxışda, eyni izləri buraxır", - mərkəzdən vurğulanıb.
Qırıcı hava məkanında vizual identifikasiya apardıqdan sonra təhlükə xəbərdarlığı ləğv edilib.
16:00
Litvanın hava məkanında pilotsuz uçuş aparatlarının müşahidə olunması ilə əlaqədar paytaxt Vilnüsdə hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, PUA-ların ölkənin hava məkanında qeydə alınmasından sonra NATO-ya məxsus ən azı bir qırıcı havaya qaldırılıb.
Qırıcı Litvanın şimalında yerləşən Şaulyay aviabazasından uçuş həyata keçirib.
Naməlum pilotsuz uçuş aparatlarının müşahidə edilməsi səbəbindən Vilnüs Beynəlxalq Hava Limanında uçuşların qəbulu və yola salınması dayandırılıb.