Menyu

Azərbaycan 1-ci Liqası: "Karvan-Yevlax" "Zaqatala"nı məğlub edib

Operativ Media
Azərbaycan 1-ci Liqası: "Karvan-Yevlax" "Zaqatala"nı məğlub edib
1 dəq oxu

Azərbaycan 1-ci Liqasında 3-cü tura start verilib. 

Operativ Media xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 

"Karvan-Yevlax" doğma meydanda "Zaqatala"nı qonaq edib.  Ramiz Məmmədovun yetirmələri oyunun taleyini ilk hissədə 3 qol vuraraq həll ediblər. İbrahim Əliyev (2) və Elçin Mustafayev komandalarına qələbə qazandırıblar.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı iki gündə baş tutacaq. 

Əlaqəli Xəbərlər