Menyu

Azərbaycanda balıq mövsümü açılıb: qiymətlər açıqlanıb - VİDEO

Operativ Media
Azərbaycanda balıq mövsümü açılıb: qiymətlər açıqlanıb - VİDEO

Sentyabrın 1-dən Azərbaycanda balıq ovu mövsümü başlayıb. Bazarlarda müxtəlif növ balıqlar satışa çıxarılıb, lakin isti hava səbəbindən tələbatın hələ gözlənilən səviyyədə olmadığı bildirilir.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, sazan 6-8, belamur 8-10, xanı 6-7, forel isə 10-13 manat arasında dəyişir. Bəzi satıcılar İrandan gətirilən forelin yerli məhsulla müqayisədə daha ucuz olduğunu bildirirlər.

Mütəxəssislər Xəzərdə balıq ehtiyatlarının son illərdə azaldığını və daxili tələbatın bir hissəsinin idxal hesabına ödənildiyini qeyd edirlər.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, balıq ehtiyatlarının artırılması üçün su hövzələrinə balıq körpələrinin buraxılması davam etdirilir. Brakonyerliyə qarşı mübarizənin də gücləndirildiyi qeyd olunub.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər