Menyu

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Operativ Media
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Operativ Media xəbər verir ki, Amin Məmmədzadə (55 kq) Ermənistan təmsilçisi Jirayr Sarkisyanı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Boksçumuz sentyabrın 22-də Fransa təmsilçisi Billal Bennama ilə qarşılaşacaq.

Nəbi İsgəndərov (70 kq) isə xorvatiyalı Fabian Tomkiçi ikinci raundda tam üstünlüklə məğlub edərək 1/4 finala yüksəlib. O, sentyabrın 21-də macar Kalman Hanko ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu rinqə çıxacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər