Menyu

DİN: Tarixi missiya uğurla yerinə yetirildi

Operativ Media
DİN: Tarixi missiya uğurla yerinə yetirildi

Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malik olduğu vurğulanıb.

"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər. Onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir", - paylaşımda qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər