Şəhid futbolçunun qardaşı: "Xankəndi" FK-nın şəhərə qayıdışını səbrsizliklə gözləyirik
“Xankəndi” Futbol Klubu 20 Sentyabr – Xankəndi Şəhəri Günü münasibətilə Xankəndi sakini, şəhid qardaşı Elman Vəliyevlə müsahibə keçirib.
Operativ Media xəbər verir ki, Elman Vəliyevin qardaşı Rizvan Vəliyev Yusif oğlu vaxtilə Xankəndinin futbol klubunda hücumçu kimi çıxış edib. O, 1992-ci il yanvarın 28-də Xocalıda şəhid olub.
Elman Vəliyev “Xankəndi FK”nın doğma şəhərində ev oyunlarını keçirməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, klubun Xankəndiyə qayıtması və qarşılaşmalarını burada keçirməsi şəhid qardaşı Rizvan Vəliyevin timsalında şəhidlərin ruhunu da şad edəcək.
Elman Vəliyev “Klubumuzu Xankəndi şəhərində böyük həvəslə gözləyirik!” deyə fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Xankəndi futbolu yenidən doğma şəhərində fəaliyyət göstərməyə hazırlaşır.
dəqiqələr içində saytın olsun.