"X" istifadəçiləri məxfilik problemlərini artıq Azərbaycan dilində bildirə bilərlər
Operativ Media
“X” (Twitter) sosial platformasında məxfilik pozuntuları ilə bağlı müraciətlər artıq Azərbaycan dilində də qəbul edilir.
Operativ Media xəbər verir ki, Yardım Mərkəzində “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili əlavə olunub. Bu, istifadəçiyə hadisənin mahiyyətini və müraciətinin səbəbini ana dilində daha dəqiq ifadə etmək imkanı verir.
İstifadəçilər ad-soyadını, “X” istifadəçi adını və elektron poçt ünvanını qeyd etməklə sorğularını göndərə bilərlər.
Məqsəd istifadəçilərin fərdi məlumatlar sahəsində hüquqlarının qorunması və müraciət mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net