Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Operativ Media
Yarışın dördüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.
Operativ Media xəbər verir ki, Sübhan Məmmədov (50 kq) Emanuel Koçanı 5:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Boksçumuz sentyabrın 22-də İştvan Sak ilə qarşılaşacaq.
Malik Həsənov (65 kq) Rumen Rumenovu ilk raundda tam üstünlüklə məğlub edərək 1/4 finala yüksəlib. Boksçumuz sentyabrın 22-də Elvin Əliyev ilə qarşılaşacaq.
Məhəmməd Abdullayev (+90 kq) Nikolay Burdiujanı üçüncü raundda tam üstünlüklə məğlub edərək 1/4 finala yüksəlib. Boksçumuz sentyabrın 22-də Omar Şiha ilə qarşılaşacaq.
Hər 3 görüş sentyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net