Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Operativ Media
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar.
DİN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.
Araşdırma davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net