Menyu

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Operativ Media
BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

2026/2027-ci tədris ilinin payız semestrindən etibarən Bakı Dövlət Universitetinin (BDU) bir sıra ixtisas və ixtisaslaşmaları üzrə təhsil alan tələbə və magistrantlar müəyyən fənləri “SABAH.city”də keçəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Məlumata görə, fizika ixtisasının “Nanofizika və nanotexnologiyalar” və “Tətbiqi fizika (yarımkeçiricilər və dielektriklər fizikası)”, biologiya ixtisasının “Molekulyar biologiya” və “Mikrobiologiya” ixtisaslaşmaları üzrə magistrantları, həmçinin biologiya və biotexnologiya ixtisasları üzrə təhsil alan tələbələri üçün bir sıra fənlərin “SABAH.city”də tədrisi nəzərdə tutulur.

Bununla bağlı qərar BDU Elmi Şurasının 2026/2027-ci tədris ilində keçirilən ilk iclasında qəbul edilib.

Tədrisin “SABAH.city”də təşkili burada formalaşdırılmış müasir elmi-tədqiqat və innovasiya infrastrukturu ilə bağlıdır. Şəhərcikdə fəaliyyət göstərən BDU-nun tədris və tədqiqat laboratoriyaları nanofizika, nanobiologiya, biotexnologiya, kimya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə nəzəri biliklərin praktik və tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsi üçün geniş imkanlar açır. Eyni zamanda, universitetlərin, tədqiqat strukturlarının, texnologiya şirkətlərinin və startapların vahid innovasiya mühitində bir araya gəlməsi tələbələrin müasir elmi yanaşmalar, qabaqcıl texnologiyalar və tətbiqi tədqiqatlarla daha yaxından tanış olmasına şərait yaradır.

Bu imkanlardan istifadə olunması tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, nəzəri biliklərinin praktik fəaliyyətlə möhkəmləndirilməsinə və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmalarına xidmət edəcək.

“SABAH Academy” ilə əldə olunmuş razılaşmaya əsasən, BDU-da xaricdən dəvət olunan müəllim və mütəxəssislərin iştirakı ilə 100 tələbə üçün bir semestr müddətində “Sahibkarlığa giriş” kursu təşkil ediləcək.

Kursun əsas məqsədi tələbələrdə sahibkarlıq düşüncəsinin və innovativ yanaşmanın formalaşdırılması, biznes ideyalarının layihəyə çevrilməsi üçün zəruri bilik və bacarıqların inkişaf etdirilməsidir.

Bu təşəbbüslər BDU-da tədrisin müasir elmi və texnoloji inkişaf tendensiyalarına uyğunlaşdırılması, tələbələrin innovasiya və tədqiqat ekosisteminə daha fəal inteqrasiyası, eləcə də elm, təhsil və sahibkarlıq arasında əlaqələrin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər