“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib
Operativ Media
“Sumqayıt” basketbol klubunun məşqçilər korpusu müəyyənləşib
Klubdan Operativ Media-ya verilən məlumata görə, heyətdə təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.
Vadim Kuramşın yeni mövsümdə baş məşqçi Uğur Özdəmirin köməkçisi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Kuramşın “Sumqayıt”ın yarandığı 3 il ərzində komandada çalışır. O, ötən iki mövsümdə komandanın baş məşqçisi kimi fəaliyyət göstərib.
Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. Yusifov FIBA və ABL-in B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net