Menyu

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Operativ Media
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri, məşqçilər heyəti və AFFA-nın Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.

Bu barədə Operativ Media-ya AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində milli üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə yığmanın futbolçuları və məşqçiləri təcrübələrini tələbələrlə bölüşüblər.

Proqramın davamında nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olub.

Səfərin sonunda yığmanın üzvləri, məşqçilər heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər p

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər