XİN rəhbəri Ermənistanı əsir götürülən hərbçiləri dərhal azad etməyə çağırıb

Nərmin Qocamanlı
XİN rəhbəri Ermənistanı əsir götürülən hərbçiləri dərhal azad etməyə çağırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş zamanı Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərin məsələsini müzakirə edib.

"Operativ Media" Azərbaycan XİN-nə istinadən xəbər verir ki, görüş zamanı nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.

Digər xəbərlər