Menyu

Azərbaycan və Bahamalar siyasi məsləhətləşmələrə dair memorandum imzalayıb

Operativ Media
Azərbaycan və Bahamalar siyasi məsləhətləşmələrə dair memorandum imzalayıb

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bahamaların xarici işlər naziri Fred Mitçellə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan–Bahamalar ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər strateji dialoqun qurulmasının və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin araşdırılmasının vacibliyini vurğulayıblar.

Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Bahamalar Birliyinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb. Sənədin müntəzəm diplomatik əlaqələrin inkişafına və ikitərəfli tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər