“Mançester Yunayted” “Old Trafford”un otlarını satışa çıxarıb
“Mançester Yunayted” azarkeşlər üçün “Old Trafford” stadionunun əvvəlki ot örtüyündən hazırlanmış xüsusi suvenirlərin satışına başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hər bir suvenir 7x7 santimetr ölçülü köhnə ot parçasından ibarətdir və akril kubun içərisində saxlanılır. Kubun üzərində “Old Trafford”un fotosu yerləşdirilib. Suvenirin qiyməti təxminən 146 avrodur.
Stadionun meydançası ötən yay, 2012-ci ildən bəri ilk dəfə tamamilə yenilənib. Mövsüm başa çatdıqdan sonra köhnə örtük sökülərək drenaj sisteminin və futbolçular üçün şəraitin yaxşılaşdırılmasını nəzərdə tutan yenidənqurma çərçivəsində tamamilə dəyişdirilib.
Klub köhnə ot örtüyünü utilizasiya etmək əvəzinə onun müəyyən hissələrini azarkeşlər üçün qoruyub. Mövsümi abonement sahiblərinə suvenirləri almaq üçün üstünlük verilib.
“Mançester Yunayted” 2012-ci ildə də meydançanın dəyişdirilməsi zamanı köhnə ot örtüyünün hissələrini azarkeşlərə təqdim edib.
Bu təşəbbüs klubun 2025/26 mövsümü üzrə maliyyə hesabatının açıqlanması ilə eyni vaxta təsadüf edib. “Mançester Yunayted” hesabat dövründə vergidən əvvəl 73,1 milyon avro zərər açıqlayıb. Son yeddi ildə klubun ümumi itkisi 691 milyon avroya çatıb. Bununla yanaşı, gəlir 789 milyon avro ilə rekord həddə yüksəlib.
dəqiqələr içində saytın olsun.