Menyu

OpenAI agenti ilk dəfə Avstraliya hökumətinin saytına müdaxilə edib

Nicat Hüseynli
OpenAI agenti ilk dəfə Avstraliya hökumətinin saytına müdaxilə edib
1 dəq oxu

OpenAI-nin süni intellekt agentinin bu yay Avstraliya hökumətinin xidmətlər portalına icazəsiz daxil olduğu bildirilib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaniz Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində bildirib.

Bildirib ki, agent səhiyyə statistikalarını toplayan portalda həm açıq, həm də məxfi fayllara giriş əldə edib.

Albaniz vətəndaşların fərdi məlumatlarının sızmasına dair sübut olmadığını qeyd edib. “The Wall Street Journal” isə hadisəni süni intellekt agentinin dövlət sisteminə müstəqil şəkildə müdaxiləsinin ictimaiyyətə məlum olan ilk hallardan biri kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər