Menyu

Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər

Operativ Media
Paşinyan: TRIPP Cənubi Qafqazı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirə bilər
1 dəq oxu

TRIPP layihəsinin reallaşdırılması Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Cənubi Qafqazın beynəlxalq logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artıra bilər.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında deyib.

Paşinyan bildirib ki, layihə çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılması nəzərdə tutulur.

Baş nazirin sözlərinə görə, təxminən 35 illik münaqişədən sonra tərəflər artıq TRIPP çərçivəsində Şərq-Qərb dəmir yolu ilə yanaşı, boru kəmərləri, elektrik xətləri və avtomobil yollarının yaradılması imkanlarını müzakirə edirlər. O bildirib ki, bu layihələrin həyata keçirilməsi bütün Cənubi Qafqaz üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər.

Əlaqəli Xəbərlər