Menyu

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalanıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalanıb - YENİLƏNİB
2 dəq oxu

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində 11 sənəd imzalanıb.

Operativ Media xəbər verir ki, bunlar aşağıdakılardır:

1. Tikinti və inkişaf sahəsində əməkdaşlıq - Anar Axundov (iqtisadiyyat nazirinin müavini) və Ta Ngoc Da ("ROX Group" Səhmdar Cəmiyyətinin Baş icraçı direktorunun müavini) imzalayıb;

2. Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq - Azər Bayramov (iqtisadiyyat nazirinin müavini) və Qabriela Popesku ("Microsoft Romania, Moldova & CIS" şirkətinin Baş meneceri) imzalayıb;

3. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq - Elnur Soltanov (energetika nazirinin müavini) və Pham Minh Tuan ("Energy Companies – ROX Group" İcraiyyə Şurasının sədri) imzalayıb;

4. Yeni texnologiyalar əsasında Silisium Karbid, Silisium Oksid və Silisium İstehsalı - Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko ("Inoyest AFEZCO"nun təsisçisi) imzalayıb;

5. ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri - Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Ştuxlik ("iCsquared GmbH", İsveçrə şirkətinin nümayəndəsi) imzalayıb.

6. Ağdam quşçuluq layihəsi - Ülvi Mansurov ("Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov ("PAŞA Holdinq" MMC-yə məxsus "Agro Dairy" MMC-nin Baş icraçı direktoru) və Petr Çinqr ("AGROFERT, a.s." İdarə Heyətinin sədr müavini) imzalayıb;

7. Baytarlıq peyvəndlərinin istehsalı layihəsi - Ülvi Mansurov və Abdullah Tutak ("VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." direktoru) imzalayıb;

8. Əczaçılıq istehsalı müəssisəsinin yaradılması - Ülvi Mansurov və Ondrej Draqun ("Saneca Pharmaceuticals, a.s." şirkətinin Baş maliyyə direktoru) imzalayıb;

9. Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank" ASC-də Nəzarət Etməyən Pay Əldə Etməsi Dəyanət Sədullayev (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsini icra edən) və Saif Almahrouqi (Oman İnvestisiya Qurumunun "G2G Funds" üzrə Böyük meneceri) imzalayıb;

10. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "Esyasoft" şirkəti arasında əməkdaşlıq - Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Zaur Mikayılov (ADSEA-nın sədri) və Bibin Çandra ("Esyasoft"un nümayəndəsi) imzalayıb;

11. İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq - Yusif Abdullayev (AZPROMO-nun İcraçı direktoru) və Maryna Xlistun ("UkraineInvest"in İcraçı direktoru) imzalayıb.

12:31

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə müxtəlif sahələri əhatə edən 11 sənəd imzalanıb.

Operativ Media xəbər verir ki, imzalanan sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, baytarlıq, əczaçılıq, maliyyə, su ehtiyatlarının idarə olunması, idman, investisiyaların təşviqi və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığı nəzərdə tutur.

Sənədlər arasında “ROX Group” ilə tikinti və inkişaf sahəsində əməkdaşlıq, Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, həmçinin yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisium istehsalı ilə bağlı razılaşmalar yer alıb.

Bundan başqa, Ağstafada plantasiya və emal müəssisələrinin yaradılması, Ağdamda quşçuluq layihəsinin həyata keçirilməsi, baytarlıq vaksinlərinin istehsalı və əczaçılıq müəssisəsinin yaradılması ilə bağlı sənədlər imzalanıb.

Həmçinin Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “AzərTürk Bank” ASC-də nəzarət hüququ verməyən payın əldə edilməsi, “Esyasoft”, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq, eləcə də SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji tərəfdaşlıqla bağlı sənədlər rəsmiləşdirilib.

Forum çərçivəsində Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair sənəd, həmçinin İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumu da imzalanıb.

Əlaqəli Xəbərlər