Menyu

TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub - YENİLƏNİB

Operativ Media
TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının XİN Şurasının iclasına sədrlik edib.

Operativ Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib və çıxış edib.

Nazir çıxışında türk dövlətləri arasında birliyin daha da dərinləşdirilməsinin və qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyi dövründə həyata keçirilən əsas tədbirlərdən danışıb, təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsinin ümumi məqsədlərdən biri olduğunu bildirib.

O, türk coğrafiyasında nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, həmçinin ticarət, enerji, İKT, elm, texnologiya və mədəniyyət sahələrində praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycanın Türkiyənin Antalyada COP31-ə və Ankarada keçiriləcək TDT-nin 13-cü Zirvə Görüşünə ev sahibliyi etməsini dəstəklədiyini bildirib.

İclasın yekununda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bəyanatı qəbul edilib.

                           ***

 18:11

Türk Dövlətləri Təşkilatına (TDT) dövrü sədrlik edən Azərbaycanın ev sahibliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantı BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

İclasda oktyabrın 29-30-da Türkiyədə keçiriləcək TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məsələləri, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional proseslər müzakirə olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər