Menyu

Ficidə 6,5 bal gücündə zəlzələ qeydə alınıb

Nərmin Qocamanlı
Ficidə 6,5 bal gücündə zəlzələ qeydə alınıb
1 dəq oxu

Fici ada dövlətinin sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri respublikanın paytaxtı, 77,3 min nəfərin yaşadığı Suva şəhərindən 474 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı  576 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Əlaqəli Xəbərlər