Menyu

İrakli Kobaxidze: Gürcüstan və Azərbaycanı dostluq münasibətləri birləşdirir

Operativ Media
İrakli Kobaxidze: Gürcüstan və Azərbaycanı dostluq münasibətləri birləşdirir

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur”.

Operativ Media "24News.ge"yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərində heç bir gərginliyin olmadığını bildirib:

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, – deyə İrakli Kobaxidze əlavə edib.

Bununla yanaşı, hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya da jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, Kürmük məbədi ilə bağlı bəyanat və məbədin özü ətrafındakı bütün spekulyasiyalara son qoyulacaq.

O, Azərbaycanın Gürcüstanın ən yaxın tarixi və strateji tərəfdaşı, eyni zamanda çox böyük dostu olduğunu qeyd edib:

“Əmin olun ki, məbədlə bağlı məsələ yoluna qoyulacaq və hadisələr hər iki xalqın maraqlarına uyğun şəkildə inkişaf edəcək”, – deyə İrakli Kirtsxaliya əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər