http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanda içməli suya dair yeni dövlət standartı qəbul edilib

18 Aprel 2023 , 09:46
Azərbaycanda içməli suya dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartı qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Bildirilib ki, dövlət standartının qəbul edilməsində əsas məqsəd Birləşmiş Millətlər Təşkilatının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən Azərbaycan Respublikası tərəfindən qəbul edilən Məqsədli Göstəricilərin icrasını təmin etməkdir.

Bu standart əhalinin maye kimi qəbul etməsi, yemək (qida) hazırlaması, digər məişət tələbatının ödənilməsi və qida məhsullarının istehsalında istifadə edilməsi üçün nəzərdə tutulmuş su təchizatı sistemləri vasitəsi ilə ötürülən keyfiyyətli və təhlükəsiz içməli suya şamil edilir.

Yeni standart “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

OXŞAR XƏBƏRLƏR
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

XƏBƏR LENTİ
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
Menyu