Menyu

Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Operativ Media
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
1 dəq oxu

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu çərçivəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə bir sıra nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib

Operativ Media xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.

Bildirilib ki, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Wajiha Qamar, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə keçirilən görüşlər zamanı müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb.

Bu baxımdan media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif formatlarda birgə layihələrin təşviqinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, qlobal informasiya məkanında etimadın qorunması, media savadlılığı, dezinformasiyanın təsirlərinin azaldılması, media məzmununun keyfiyyətinin yüksəldilməsi və rəqəmsal platformaların yaratdığı yeni çağırışlara uyğun yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər