Menyu

AAYDA: Məmmədli yolunda təmirə başlamazdan əvvəl drenaj sistemi qurulmalıdır

Operativ Media
AAYDA: Məmmədli yolunda təmirə başlamazdan əvvəl drenaj sistemi qurulmalıdır
1 dəq oxu

Mehdiabad-Digah–Məmmədli avtomobil yolunun Məmmədli qəsəbəsi ərazisindən keçən hissəsində əsaslı təmir işlərinə başlamazdan əvvəl yağış və qrunt sularının yoldan kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun bəzi hissələrində deformasiyalara səbəb olub.

AAYDA qeyd edib ki, asfalt örtüyünün təmirinə başlanılmasından əvvəl səth və qrunt sularının kənarlaşdırılması üçün drenaj sisteminin və suötürücü xətlərin inşa edilməsi zəruridir.

“Qeyd olunan məsələnin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti quruma müraciət edilmişdir. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər”, - deyə məlumatda bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər