Menyu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası uğurla keçib

Operativ Media
Akademik Musiqili Teatrda “Şahmaran”  tamaşasının premyerası uğurla keçib
1 dəq oxu

3 və 4 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası uğurla nümayiş olunub.

Bu barədə Operativ Media-ya teatrdan məlumat verilib.

Bildirilib ki, səhnə əsərini Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, ictimaiyyət nümayəndələri və teatrsevərlər izləyiblər.

Libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir.

Rollarda Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda teatrın xor və balet truppaları çıxış edib.

Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin mütəfəkkir şairi Ömər Xəyyamın rübailəridir.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın ilk nümayiş günündə mötəbər qonaqlar səhnəyə çıxaraq yaradıcı kollektivi təbrik edib, xatirə şəkilləri çəkdirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər