Menyu

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Operativ Media
Sabah leysan yağacaq - XƏBƏRDARLIQ
1 dəq oxu

Bakıda vəAbşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər