Menyu

Paşinyan dövlətə xəyanət ittihamı ilə dindirildi

Paşinyan dövlətə xəyanət ittihamı ilə dindirildi
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq orqanları tərəfindən dindirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Paşinyanın özü parlamentdə çıxışı zamanı məlumat verib.

O, 44 günlük müharibə zamanı dövlətə xəyanət ittihamı ilə başlanmış cinayət işi çərçivəsində dindirilib.

“Məni dindirdilər. Nə qədər lazımdır, o qədər də dindirəcəklər”, - deyə Paşinyan vurğulayıb.

Əlaqəli Xəbərlər