Menyu

Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

Operativ Media
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
1 dəq oxu

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M. Güraka təqdim edib.

Əlaqəli Xəbərlər