Menyu

Azərbaycanda hicabın qadağan edilməsi ilə bağlı saxta paylaşımlar yayılıb

Operativ Media
Azərbaycanda hicabın qadağan edilməsi ilə bağlı saxta paylaşımlar yayılıb
1 dəq oxu

Sosial şəbəkələrdə Azərbaycanda hicabın qadağan edilməsi barədə saxta məlumatlar tirajlanıb.

Operativ Media xəbər verir ki, “Instagram” sosial şəbəkəsində “Mahed Azeri” və “Cuhud Media” adlı səhifələr tərəfindən bu barədə saxta paylaşım şablonu hazırlanaraq yayılıb.

Məlumata görə, həmin paylaşımlar bəzi vətəndaşlar tərəfindən yoxlanılmadan paylaşılıb.

Bildirilib ki, qonşu ölkədən açıldığı və xüsusi xidmət orqanları tərəfindən idarə olunan kampaniya ilə bağlı hazırda araşdırmalar aparılır.

Sosial şəbəkə istifadəçilərinə məsələ ilə bağlı diqqətli olmaları və Azərbaycan əleyhinə planlaşdırıldığı bildirilən kampaniyaya qoşulmamaqları tövsiyə olunub.

Əlaqəli Xəbərlər