Menyu

İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli görüş keçirilib

Operativ Media
İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli görüş keçirilib
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Xəzər Sammiti başa çatdıqdan sonra qapalı üçtərəfli görüş keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Bildirilib ki, görüş təxminən 15 dəqiqə davam edib.

Görüşün təşkilatçısı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov olub.

Qeyd edilib ki, o, görüşü əvvəlcədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla razılaşdırıb.

Əlaqəli Xəbərlər