Menyu

Yuri Vernidub: Hakimlərin fəaliyyətini qiymətləndirmək mənim işim deyil

Operativ Media
Yuri Vernidub: Hakimlərin fəaliyyətini qiymətləndirmək mənim işim deyil
1 dəq oxu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının VII turunda “Sabah”la keçirdikləri qarşılaşma barədə fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, ukraynalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Bu gün hər iki komandanın oyunundan razı qaldım. Çempionlar Liqasında çıxış edən bir komandaya qarşı oynayırdıq. “Sabah”ın, xüsusilə də “Mançester Yunayted”lə görüşünü izləmişəm. Nəticədən asılı olmayaraq, onların nə qədər əzmkar kollektiv olduğunu görmək mümkündür. Cəmi 6 oyun keçirmələrinə baxmayaraq, müdafiə xətti çox yaxşı təşkil olunub. Həmçinin nəzərə almalıyıq ki, onların bir çox futbolçusu milli komandaların düşərgəsində olur.

Öz oyunçularıma da təşəkkür edirəm. Onlar meydanda sona qədər mübarizə apardılar və oyunun gedişatında sabitliyi qorudular. Təəssüf ki, fərqlənə bilmədik, amma futbol belədir. Qazandığımız 1 xal da mübarizəmizi davam etdirmək baxımından bizi qane edir. Bununla belə, mənim məqsədim hər zaman 3 xal qazanmaqdır.

Hakimlik barədə danışmaq istəmirəm. Mən emosional insanam, bəzən qışqıra və hadisələrə fərqli reaksiya verə bilərəm. Amma hakimlərin fəaliyyətini qiymətləndirmək mənim işim deyil”.

Əlaqəli Xəbərlər