Menyu

Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər

Operativ Media
Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər
1 dəq oxu

Azərbaycan və Latviya ikitərəfli münasibətlərin inkişafını və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Bu gün məni Latviyanın xarici işlər naziri Bayba Braje qəbul etdi. Söhbətimiz Azərbaycan-Latviya münasibətlərinin perspektivlərinə, Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də əməkdaşlıq və nəqliyyat əlaqəliliyinin inkişafı üçün yeni imkanlara həsr olundu", - o yazıb.

Səfir qeyd edib ki, Azərbaycan və Latviyanın gələcək əməkdaşlıq üçün möhkəm təməli və birgə iş üçün əhəmiyyətli potensialı var.

Əlaqəli Xəbərlər