Türkiyə millisində Montella dönəmi rəsmən başa çatıb
Türkiyə Futbol Federasiyası (TFF) Vinçentso Montella ilə əməkdaşlığı davam etdirməmək barədə qərar qəbul edib. Bununla da italiyalı mütəxəssisin Türkiyə millisinin baş məşqçisi kimi fəaliyyəti başa çatıb.
Operativ Media xəbər verir ki, qərar federasiyanın Rivadakı İdarə Heyətinin iclasından sonra açıqlanıb. Bildirilib ki, TFF-nin rəhbərliyi növbəti seçkili ümumi yığıncağa qədər fəaliyyətini davam etdirəcək.
Montellanın 2025-ci ildə yenilənən müqaviləsi 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna qədər qüvvədə olmalı idi.
İtaliyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi kimi rəsmi və yoldaşlıq oyunları daxil olmaqla, ümumilikdə 40 matçda komandanı meydana çıxarıb. Türkiyə millisi bu görüşlərin 21-də qələbə qazanıb, 14-də məğlub olub, 5 qarşılaşma isə heç-heçə ilə başa çatıb.