Menyu

Masazırda avtomobil yanıb

Operativ Media
Masazırda avtomobil yanıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər