Menyu

Lamin Yamal Mbappenin rekordunu geridə qoyub

Əziz Əzizli
Lamin Yamal Mbappenin rekordunu geridə qoyub
1 dəq oxu

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqası tarixində 25 məhsuldar ötürmə və qol həddinə çatan ən gənc futbolçu olub.

Operativ Media xəbər verir ki, ispaniyalı futbolçu turnirin Liqa mərhələsinin II turunda “Qalatasaray”la qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb. Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Yamal 50-ci dəqiqədə Fermin Lopesin, 53-cü dəqiqədə isə Entoni Qordonun qoluna assist edib.

Bununla da 19 yaşlı vinger Çempionlar Liqasında ümumilikdə 12 qol və 14 məhsuldar ötürmə olmaqla, 25 məhsuldar fəaliyyət həddini keçən ən gənc oyunçuya çevrilib. O, bu göstəriciyə 19 yaş 92 günlüyündə nail olub.

Əvvəlki rekord PSJ və “Monako”nun sabiq hücumçusu Kilian Mbappeyə məxsus idi. Fransa millisinin üzvü bu həddə 20 yaş 306 günlüyündə çatmışdı.

Çempionlar Liqasında 25 məhsuldar fəaliyyət həddinə çatan ən gənc futbolçuların siyahısı:

  1. Lamin Yamal – 19 yaş 92 gün (“Barselona”)
  2. Kilian Mbappe – 20 yaş 306 gün (“Monako”, PSJ)
  3. Erlinq Haaland – 21 yaş 139 gün (“Zalsburq”, Dortmund “Borussiya”sı)
  4. Cud Bellingem – 21 yaş 214 gün (Dortmund “Borussiya”sı, “Real”)
  5. Lionel Messi – 21 yaş 316 gün (“Barselona”)
  6. Vinisius Junior – 22 yaş 113 gün (“Real”)
  7. Raul – 22 yaş 261 gün (“Real”)
  8. Rodriqo – 22 yaş 288 gün (“Real”)
  9. Mario Götze – 23 yaş 118 gün (“Bavariya”, Dortmund “Borussiya”sı)
  10. Sesk Fabreqas – 23 yaş 134 gün (“Arsenal”)

Əlaqəli Xəbərlər