Menyu

Azərbaycanda uşaqlara dini adların qoyulmasında kəskin azalma var

Operativ Media
Azərbaycanda uşaqlara dini adların qoyulmasında kəskin azalma var
1 dəq oxu

Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb.

Operativ Media Ədliyyə Nazirliyinin statistikasına əsasən xəbər verir ki, son illərdə bu adların verilməsində ciddi geriləmə müşahidə olunur:

- Məhəmməd: 2022-ci ildə 1256 nəfər olduğu halda, 2025-ci ildə 527-yə düşüb.

- Fatimə: 2022-ci ildə 1263 nəfərdən 2025-ci ildə 803-ə enib.

- Ömər: 1130 nəfərdən (2022) 2025-ci ildə 784-ə qədər azalıb.

- Əli: 2022-ci ildə 1865 ikən, 2025-ci ildə 1151 nəfərə düşüb.

- Zəhra: 2022-ci ildə 1820 nəfərlə qeydə alındığı halda, 2025-ci ildə 1066 nəfərə enib.

Artım olan adların bir qismi isə belədir:

- Elay: 2022-ci ildə 368-dən 2025-dək 507-yə yüksəlib

- Sevgi: 2022-ci ildə 286-dan 2025-ci ildə 666-ya yüksəlib

- Ayla: 2022-ci ildə 1010-dan 2025-ci ildə 1053-ə yüksəlib

- Turan: 2022-ci ildə 396-dan 2025-ci ildə 412-yə yüksəlib

Əlaqəli Xəbərlər