Menyu

Dövlət Bağçalı: Azərbaycan və Türkiyə eyni könül coğrafiyasının iki güclü dövlətidir

Operativ Media
Dövlət Bağçalı: Azərbaycan və Türkiyə eyni könül coğrafiyasının iki güclü dövlətidir
1 dəq oxu

“Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir”.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

"İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcəyi də bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha geniş məna daşıyır, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır".

O deyib ki, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın TDT-nin sammiti çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanır.

"İstiqamətimiz bəllidir. Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, "Türk və Türkiyə əsri" hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir", - o, qeyd edib.

Əlaqəli Xəbərlər