Sivasda mikroavtobus aşıb, 10 nəfər yaralanıb
Nərmin Qocamanlı
Türkiyənin Sivas şəhərində mikroavtobus aşıb, 10 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata görə, Sivasın Gürün rayonunda Kayseri istiqamətində hərəkət edən mikroavtobus naməlum səbəbdən aşıb.
Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib.
Qəzada yaralanan 10 nəfər sağlamlıq qrupları tərəfindən Gürün Dövlət Xəstəxanasına aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net