Menyu

Bakıda keçiriləcək U-15 dünya çempionatının açılış və final tarixi açıqlanıb

Operativ Media
Bakıda keçiriləcək U-15 dünya çempionatının açılış və final tarixi açıqlanıb
1 dəq oxu

Oktyabrın 22-30-da Bakıda idman tarixində ilk dəfə 15 yaşınadək oğlanlar arasında FIFA U-15 dünya çempionatı və festivalı təşkil olunacaq.

Operativ Media xəbər verir ki, FIFA-nın yeni layihəsi olan yarışda ümumilikdə 189 komanda 32 qrupda mübarizə aparacaq. Azərbaycan milli komandası AF qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə qarşılaşacaq.

Yarışın açılış mərasimi və ilk oyunları oktyabrın 24-də, final qarşılaşmaları isə oktyabrın 30-da keçiriləcək. Turnir çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi planlaşdırılır. Qarşılaşmaların böyük hissəsi Hövsan Yarış Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.

Əlaqəli Xəbərlər