Menyu

Yol Polisi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib

Operativ Media
Yol Polisi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib
1 dəq oxu

Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib.

Operativ Media-ya bu barədə İdarədən məlumat verilib.

Qeyd edilib ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə «Təmiz hava» aylığına start verib.

"Preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil.

Həm də, sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.

Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır", - müraciətdə qeyd edilib.

Əlaqəli Xəbərlər