Menyu

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib - FAKTİKİ HAVA

Operativ Media
Ölkə ərazisində hava şəraiti yağmursuz keçib - FAKTİKİ HAVA
1 dəq oxu

Saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.

Əlaqəli Xəbərlər