Timoteuş Puxaç: Ən azı heç-heçə edə bilərdik
“Ən azı heç-heçə edə bilərdik. “Borussiya” dünyanın ən yaxşı komandalarından biridir.
Operativ Media xəbər verir ki, bunu "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç "Borussiya" ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, şanslardan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib.
"Onlar çoxlu qol imkanları yaradırlar, amma bizim də yaxşı fürsətlərimiz oldu. Təəssüf ki, bundan yararlana bilmədik və sonda məğlub olduq”.
Polşalı futbolçu Dortmund təmsilçisi ilə matçda hesab 1:2 olarkən bərabərlik qolunu vurmaq imkanlarının olduğunu vurğulayıb:
“Belə səviyyəli oyunlarda rəqibin qol imkanları yaratması təbiidir. Lakin hesab 1:2 olarkən heç-heçə etmək şansımız var idi. Velko Simiçin və Patrik Mbinanın qol imkanları oldu. Buna görə də bu gün məyusam. İçimdə bir qədər boşluq hiss edirəm. Çünki sonda qazanacağımız bir xal bizim üçün çox vacib ola bilərdi”.