Menyu

10 Qazaxıstan vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq

Operativ Media
10 Qazaxıstan vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq
1 dəq oxu

10 Qazaxıstan vətəndaşı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq.

Operativ Media xəbər verir ki, bu barədə Elm və təhsil nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 10 nəfər Qazaxıstan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar.

Tələbələrin qəbul olunduqları proqramlar humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.

Əlaqəli Xəbərlər