Menyu

“Borussiya”nın hücumçusu: “Yüksək səviyyəli komandayıq”

Operativ Media
“Borussiya”nın hücumçusu: “Yüksək səviyyəli komandayıq”
1 dəq oxu

“Borussiya”nın futbolçusu Seru Girassi Çempionlar Liqasında “Sabah”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Operativ Media UEFA-nın saytına istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən matçda dubl edən hücumçu bunları deyib:

“Oyuna çox yaxşı başladıq və həqiqətən, keyfiyyətli futbol nümayiş etdirdik. Daha sonra tempimiz aşağı düşdü. Stabil oynamalı, topu saxlamalı idik.

İki qol vurdum və sevincliyəm. Ancaq onu deyim ki, bunu təkbaşıma bacarmazdım. Bu templə davam etməliyik. Bəzən çətinliklər yaşayırıq, amma biz yüksək səviyyəli komandayıq”.

Əlaqəli Xəbərlər