Menyu

Türkiyə 2027-ci ildə müdafiə xərclərini 229 faiz artıracaq

Operativ Media
Türkiyə 2027-ci ildə müdafiə xərclərini 229 faiz artıracaq
1 dəq oxu

Türkiyə 2027-ci ildə silah və hərbi texnikanın satın alınmasına ayrılan müdafiə xərclərini 229 faiz artırmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn ilin büdcə layihəsini təqdim edərkən bildirib.

“SavunmaSanayiST” nəşrinin məlumatına görə, artım silah, sursat, silah sistemləri və digər hərbi texnikanın alınması üçün nəzərdə tutulan vəsaitlərə də şamil olunacaq. Cevdet Yılmaz xərclərin ayrı-ayrı istiqamətlər üzrə bölgüsünü açıqlamayıb.

Onun sözlərinə görə, 2027-ci ildə müdafiə sahəsinə 2,2 trilyon Türkiyə lirəsi (təxminən 44,6 milyard ABŞ dolları), daxili təhlükəsizliyə isə əlavə olaraq 1,2 trilyon lirə ayrılması nəzərdə tutulur.

Vitse-prezident Türkiyənin müdafiə sənayesində öz texnologiyalarını inkişaf etdirən, ehtiyaclarını müstəqil şəkildə qarşılayan və yüksək əlavə dəyər yaradan məhsullar istehsal edən ölkəyə çevrilməsini hədəflədiklərini qeyd edib.

C.Yılmaz Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının ixracında da əhəmiyyətli artım olduğunu bildirib. Onun sözlərinə görə, 2002-ci ildə bu sahədə ixracın həcmi 248 milyon ABŞ dolları olduğu halda, 2025-ci ilin yekununda göstərici 40 dəfə artaraq 10,05 milyard dollara çatıb.

Əlaqəli Xəbərlər